Muntyanu Rumıniya millisini çalışdırmaqdan imtina etdi

03:30 - 25 Oktyabr 2014

Angel  İordenesku təcrübəli mütəxəssisə təklif göndərib
 
“Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu Rumıniya millisini çalışdırmaqdan imtina edib.
 
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssisin agenti Leonid İstarati "tvitter" sosial şəbəkəsində belə bir xəbər paylaşıb. Agent bildirib ki, Rumıniya Futbol Federasiyasının rəhbəri Angel İordenesku təcrübəli mütəxəssisə Rumıniya millisinin baş məşqçi postunu təklif edib:
 
“Qəbələ” – “Sumqayıt” oyunundan əvvəl Rumıniyaya Futbol Federasiyasının rəhbəri Muntyanuya millini çalışdırmağı təklif edib. Ancaq o, “Qəbələ” klubu ilə müqaviləsi olduğunu üçün bundan imtina edib".  .      

Xəbər xətti