İbrahim Uzunca: "Oyunçularımız inanılmaz dərəcədə istəkli idilər"

19:32 - 25 Oktyabr 2014

"Biz daha yaxşı yerlərə gəlməyə çalışırıq"

 

Azərbaycan Premyer Liqasının IX turunda  keçirilən AZAL – “Bakı” oyunu qonaqların 1-0 hesablı qələbəsi ilə başa çatdı. Oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca düşüncələrini bölüşüb:

 

Sportal.az xəbər verir ki, "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca qarşılaşma haqqında bunları söyləyib:
 

“Mən bu gün meydançada sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm. Oyunçularım bu gün inanılmaz dərəcədə istəkli idilər. Biz qələbəni  istədik, arzuladıq.  İstədiyimiz  işləri həyata keçirə bilərik. Biz təlim-məşq toplanışı belə keçirməmişik. Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr futbolçularımın xarakter göstərməsi ilə bağlıdır. Mən qələbəni yenə rəhbərliyə həsr edirəm. Biz daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdirmirik. Rəqiblə başabaş mübarizə aparmağa çalışırıq”.

Xəbər xətti