Futbolçularımız sona kimi döyüşdülər
Azərbaycan Premyer Liqasının IX turunun son oyununda “Qarabağ” “Xəzər Lənkəran” üzərində 3-2 hesablı qələbə qazandı. Bu qələbə Ağdam klubunu turnir cədvəlinin zirvəsinə yüksəltdi.
Sportal.az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqında bunları deyib:
“Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq. “Xəzər Lənkəran” yaxşı komandadır. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda “İnter”ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq”.