Oğuz Çetin: "Çox məyusuq"

21:22 - 26 Oktyabr 2014

"Nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik"

 

Azərbaycan Premyer Liqasının IX turuna Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Xəzər Lənkəran” oyunu ilə yekun vuruldu. Gərgin keçən qarşılaşma “Qarabağ”ın 3-2 hesablı qələbəsi ilə yekunlaşdı.


Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çetin qarşılaşma haqqında bunları deyib:


“Çox məyusuq. Qələbə qazansaydıq turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq. Bu çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümüdləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq”.

Xəbər xətti