Gəncəli iş adamı "Qalatasaray" rəhbərliyində!

13:45 - 27 Oktyabr 2014

"Qalatasaray"ın Azərbaycanda milyonlarla tərəfdarı olduğunu bilirəm"

 

"Qalatasaray"ın dünən keçirilmiş qurutayında 77 yaşlı professor Duyğun Yarsuvat klubun başqanı seçilib. Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, səslərin sayılması gecə yarısı başa çatıb. Nəticəyə görə, professor Duyğun Yarsuvat 1777, rəqibi, 1990-96-cı illərdə klubun başqanı olmuş Alp Yalman isə 1566 səs alıb. Nəticələrin açıqlanmasından sonra çıxış edən yeni başqanı Duyğun Yarsuvat deyib: “Bu, “Qalatasaray“ ictimaiyyəti içində bir seçkidi. Əsasında bizim bir-birimizdən fərqimiz yoxdu. Çünki biz qalatasaraylıyıq. Əziz qardaşım Alp Yalman seçilsəydi, mən ona işlərində kömək edəcəkdim. Mən seçildiyimə görə Alp Yalmanın mənə kömək edəcəyinə şübhəm yoxdur”.

 

Yarsuvatın başqan olduğu İdarə Heyətinin üzvlərindən olan Ural Aküzüm APA-ya açıqlamasında bildirib ki, Ünal Aysal öz layihələrini həyata keçirə bilməyəcəyini səbəb göstərərək başqanlıqdan istefa verib: “Professor Duyğun Yarsuvat namizədliyini elan edərkən əsas hədəfi bu mövsümdə dördüncü ulduzu taxmaq olub. Bunu həyata keçirmək Əbdürrəhim Albayrakı İdarə Heyətinə daxil etdi, Əli Dürüst isə Sportif A.Ş.-nin başında duracaq və hər iki şəxs bu il dördüncü ulduzu taxmağımız üçün futbol komandamızla ən yaxın şəkildə çalışacaq”.

 

Özünün Azərbaycan mənşəli olduğunu, əslən gəncəli olduğunu  deyən U.Aküzüm bildirib ki, klub tarixində ilk dəfə Azərbaycan mənşəli bir şəxs İdarə Heyətinə seçilir: “Bu, mənim üçün böyük qürurdu. “Qalatasaray“ın Azərbaycanda milyonlarla tərəfdarı olduğunu bilirəm, onların hamısına salam və sevgilərimi göndərirəm”.

 


Duyğun Yarsuvat 1937-ci ildə İstanbulda anadan olub. Qalatasaray litseyindən sonra İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Cəza hüququ sahəsində mütəxəssis olan Duyğun Yarsuvat 1983-cü ildə professor  elmi dərəcəsi alıb. ABŞ və  Avropanın universitetlərində elmi araşdırmalar aparıb, dərs deyib. 2004-2008-ci illərdə Qalatasaray universitetinin rektoru vəzifəsini icra edib, uzun illər klubun Divan başqanı olub. O, “Yarsuvat” hüquq bürosunun da sahibidi. 

Xəbər xətti