9-cu turda ilk het-trik
Premyer Liqanın 2014/15 mövsümündə ilk het-trik qeydə alınıb.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”la qarşılaşmada “Simurq”un 3 qoluna imza atan Rəşad Eyyubov cari çempionatda het-trik müəllifi olan ilk futbolçu kimi tarixə düşüb.
İkinci hissədə vurduğu 3 qolla 22 yaşlı futbolçu toplarının sayını mövsümdə 6-ya, ümumilikdə 11-ə çatdırıb. Rəşad “Simurq”un heyətində Premyer Liqada het-trikə imza atan 2-ci futbolçu olub. Ona qədər Vladimir Mazyar bunu bacarmışdı. Klub tarixinin ən məhsuldar oyunçusu 2006/07 mövsümündə “Simurq”un ilk het-trikini gerçəkləşdirmişdi. Ukraynalı legioner 2007-ci il mayın 12-də “Qarabağ”la ev oyununda 3:0 hesablı qələbəyə 3 topla töhfə vermişdi.
“Simurq”un çempionatdakı 2-ci het-triki 7 il 5 aydan sonra qeydə alındı.
saytlarin hazirlanmasi