Naxçıvan təmsilçisinda vəziyyət gərgindi
Premyer Liqasının debütantı “Araz-Naxçıvan”ın ardıcıl 7 turda 3 xala həsrət qalması, üstəlik, ötən turda “Simurq”a 0:4 hesabı ilə darmadağın olması klub rəhbərliyinin səbir kasasını daşırıb.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, "Araz Naxçıvan"ı tərk edən futbolçuların dəqiq siyahısı məlumdur.
Bunlar Qərib İbrahimov, Elnur Abdulov, Kamil Nurəhmədov və Elgiz Kərəmlidir. “Simurq” və AZAL-ın yarımmüdafiəçisi olan İbrahimov “Simurq”la görüşdə start heyətində yer alsa da, fasilədən sonra gürcüstanlı hücumçu David Canelidze ilə əvəzlənib. AZAL-ın digər sabiq oyunçusu Nurəhmədov isə 67-ci dəqiqədə bir neçə gün əvvəl klubla müqavilə bağlamış ukraynalı hücumçu Sergey Selyuku əvəzləyib. “Qarabağ”ın sabiq futbolçusu Elnur Abdulov və “Neftçi”nin məşqçisi Nazim Əliyevin oğlu Elgiz Kərəmli isə heç “18-lik”də yer almayıb. Bu onu göstərir ki, artıq bu 2 oyunçunun xidmətində Əsgər Abdullayev daha öncədən maraqlı deyilmiş.
Qeyd edək ki, bundan öncə “Araz-Naxçıvan” müxtəlif səbəblərdən Akif Tağıyev, Vüqar Əsgərov və Elhad Nəziri ilə yollarını vaxtından erkən ayırmışdı.
saytlarin hazirlanmasi