Azarkeşlər "Neftçi"ni ziyana saldı

13:20 - 28 Oktyabr 2014

İclasda qərarlar qəbul edilib

 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/16 final mərhələsində və Premyer Liqanın 9-cu turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

 

Azərbaycan kubokunun 1/16 final mərhələsinin MOİK – “Lokomotiv” matçında MOİK klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

Azərbaycan kubokunun 1/16 final mərhələsinin “Qaradağ Lökbatan” – “Zirə” matçının 55-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Tural Adıgözəlov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının IX  turunun AZAL – “Bakı” matçının 77-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Vüqar Bəybalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub

 

Azərbaycan Premyer Liqasının IX turunun “Qəbələ” – “Sumqayıt” matçından sonra keçirilən mətbuat konfransında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimlərin idarəçiliyi haqqında qeyri-etik ifadələr işlətdiyinə görə, klub 2000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının IX turunun “Neftçi” – “İnter”  matçının 61-ci dəqiqəsində  “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.

Xəbər xətti