"Kiyevdə “Qarabağ”la oyundan əvvəl meydançanın sulanmasını istəsən də buna imkan vermədilər"
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Dnepr” komandası Ukrayna ölkə kubokunun 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Bolın”a 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Sportal.az xəbər verir ki, “Dnepr”in baş məşqçisi Miron Markeviç oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Siz fasilədə meydanın sulanmasını istədiniz?
- Bəli. Belə etdim ki, daha sürətli oynayaq. Kiyevdə “Qarabağ”la oyundan əvvəl meydançanın sulanmasını istəsən də buna imkan vermədilər. Biz bazada məşqə çıxmazdan əvvəl meydanı sulayırıq. Belədə futbolçular da özlərini rahat hiss edirlər. Onlara belə meydanda məşq etmək daha rahatdır.
- “Qarabağ”la oyunu müqayisə etdikdə “Volın”la qarşılaşmada heyətdə nə kimi dəyişiklər etmisiniz?
- İlk oyunun nəticəsini nəzərə alanda rəqibi məğlub etməliydik. “Qarabağ”la oyunu müqayisə edəndə “Volın”a qarşı meydana iki hücumçuyla çıxmışdıq. Komandada 3 hücumçu var. Onlardan hansısı daha çox komandaya xeyir versə o da əsas heyətə yer alacaq. Kankava ilə Rotan öz mövqelərində yaxşıdılar. Fedetski yorğun olduğu üçün ona istirahət verdim. Bəzi oyunçular da formaya düşür və onlar da qarşıdakı oyunlara qədər hazır olacaqlar.
saytlarin hazirlanmasi