"Zenit"də debüt eləyən gənc futbolçu Azərbaycan millisində? ÖZƏL

23:30 - 28 Oktyabr 2014

Ramil Şeydayev Rusiyanın heyətində Avropa çempionu olub

 

Rusiya Premyer-liqasının lideri “Zenit”in heyətində gənc azərbaycanlı futbolçu Ramil Şeydayevin debüt etməsi bizim üçün də hadisəyə çevrilib. Şeydayev son turda “Mordoviya” ilə oyunun 80-ci dəqiqəsində Danninin əvəzinə meydana daxil olub.

 

Ramil Teymur oğlu Şeydayev 1996-cı il aprelin 17-də Sankt-Peterburqda anadan olub. “Zenit” Futbol Akademiyasının yetirməsidir. Ramil Şeydayev 2013-ci ildə Rusiyanın U-17 yığmasının heyətində Avropa çempionu olub.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, artıq bu futbolçu ilə bağlı millimizin baş məşqçisi Mahmud Qurbanova bütün məlumatlar verilib. Qurbanov öz növbəsində bu futbolçunu araşdırıb və ona dəvət göndərməyə hazırlaşır. Ancaq 18 yaşlı futbolçunun bu təklifə necə münasibət göstərəcəyi məlum deyil.

 

Qeyd edək ki, Ramil Şeydayevin “Mordoviya”ya qarşı debüt elədiyi matçda “Zenit” 5:0 hesablı qələbə qazanıb. 

Xəbər xətti