Əsgər Abdullayev: "İndiki vəziyyətdə gücümüz budur"

17:05 - 29 Oktyabr 2014

"Oyun barədə hər hansı bir sözüm yoxdur"

 

Azərbaycan Premyer Liqasının X turunda  “Araz Naxçıvan” öz meydançasında “Qəbələ”yə 0-1 hesabı ilə uduzdu.
 

Sportal.az xəbər verir ki, "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev qarşılaşma haqqında bunları deyib:


“Oyun barədə hər hansı bir sözüm yoxdur. Gücümüz budur. Premyer Liqaya vəsiqə qazandıqdan sonra  biz heyəti yenə yerli futbolçulardan qurmağa çalışdıq. Premyer Liqanın hansı səviyyədə olduğunu bilirəm. Çempionatda bizim üçün oyunların çox çətin keçəcəyini dərk edirdim. Bizə elə futbolçular lazımdır ki, onlar komandanı irəli apara bilsinlər. Mənim istəyim budur ki, Naxçıvan futbolu inkişaf etsin”.

Xəbər xətti