"Mən bilirdim ki, oyun çətin keçəcək"
Azərbaycan Premyer Liqasının 10-cu turunda keçirilən oyunda “Qəbələ” səfərdə “Araz Naxçıvan”ı 1-0 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, “Qəbələ” klubunun baş məşqçisi Dorinel Munteanu qarşılaşma haqqında bunları söyləyib:
“Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdir. Düşündüyümüz oldu. “Araz Naxçıvan”ın itirəcəyi bir şey yoxdur. Belə rəqiblər təhlükəli olur. Bütün bunlara baxmayaraq, biz 3 xal qazana bildik. Layiqli qələbə qazandıq. Oyun həyəcanlı keçdi. Əgər biz əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq, oyunu sakit izləyə bilərdik”.
saytlarin hazirlanmasi