Aqil Məmmədov: "Məğlubiyyətə layiq deyildik"

18:40 - 29 Oktyabr 2014

"Bəxtimiz gətirmədi"

 

Azərbaycan Premyer Liqasında 10-cu turun maraqlı görüşlərindən biri  Sumqayıtda reallaşdı. Bu oyunda “Xəzər Lənkəran” “Sumqayıt”ı 2-1 hesabı ilə məğlub etdi.


Sportal.az xəbər verir ki, “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov qarşılaşma haqqında bunları söyləyib:


Aqil Məmmədov (): “Məncə, iki fərqli hissə oldu. Uduzsaq belə, komandamdan razıyam. Bəxtimiz gətirmədi. Futbolda belə hallar mümkündür. Biz məğlubiyyətə layiq deyildik. Bütün bunlara rəğmən, “Xəzər Lənkəran”ı təbrik edirəm. “Qəbələ” ilə oyundan sonra sərt danışıb, cəzalanmışam. Burada nə var ki? Mən sözümü orada dedim. İndi nəsə münasibət bildirmək istəmirəm. Komandamızda hücumçu problemi var. Təkcə Məhəmməd Qurbanov ümidləri doğruldur. Mən ona güvənirəm”.

Xəbər xətti