Tərlan Əhmədov: "Son dəqiqələrdə qol buraxmaq xoşagəlməz haldır"

19:38 - 29 Oktyabr 2014

"Oyunda çevriliş edə bildik"

 

Azərbaycan Premyer Liqasının X turunda keçirilən AZAL – “Simurq” görüşü 2-2 hesabı ilə başa çatdı. Oyunla bağlı danışan AZAL-ın baş məşqçisi Tərlan Əhmədov gələcəyə ümidlə baxdığını deyib:


Sportal.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında bunları söyləyib:

 

“Açığı, oyunun ağır keçəcəyini bilirdik. “Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Buna baxmayaraq, fərdi söhbətlər etdik. Oyunda çevriliş edə bildik. Son dəqiqələrdə qol buraxmaq isə üzücüdür, xoşagəlməzdir. Futbolda belə hallar olur. Gələcəyə ümidlə baxmaq lazımdır. Qarşıda çox oyunlar var. Düzdür, bu gün qalib gələ bilmədik. Amma sevindirici haldır ki, komandam tələb olunan futbolu sərgiləyir. Mən futbolçularımı ona görə alqışlayıram ki, 0-1 hesabı ilə məğlub durumda olduğumuz halda 2 qol vurdular. Bizi qarşıda çətin “Neftçi” oyunu gözləyir. Həmin qarşılaşmaya hazırlaşmalıyıq”.

Xəbər xətti