Kaxaber Sxadadze: "Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik"

20:18 - 29 Oktyabr 2014

"Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik"

 

Azərbaycan Premyer Liqasının X turunun son oyununda “İnter” “Qarabağ”ı qəbul etdi. Hesabın açılmadığı oyun barədə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze düşüncələrini bölüşüb:  


Sportal.az xəbər verir ki, "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze qarşılaşma haqqında bunları deyib:


“Çox maraqlı oyunun şahidi olduq. Birinci hissədə sürətli oyun izlədik. Biz “Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik. Amma ikinci hissədə biz daha yaxşı oyun sərgilədik. Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik. Bütün bunlara rəğmən, oyunçularımı təbrik edirəm. “Neftçi” ilə ağır matçdan sonra bu gün futbolçularım yaxşı oyun göstərdilər. İndi biz gələcək oyunlara lazımınca hazırlaşmalıyıq”.

Xəbər xətti