AFFA xorvatiyalı baş məşqçi ilə razılıq əldə edib

11:00 - 31 Oktyabr 2014

Millimiz xorvtiyalıya tapşırıla bilər

 

Azərbaycan yığmasını Serbiyanın "Srvena Zvezda" klubunun sabiq baş məşqçisi, Xorvatiya millisinin keçmiş oyunçusu Robert Prosineçki çalışdıra bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, Fransada AFFA rəhbərliyi və xorvatiyalı məşqçi arasında görüş keçirilib. Tərəflər uzun söhbətdən sonra razılığa gələ biliblər. Anlaşmaya əsasən, Prosineçki 1 il komandamızın “sükanı arxası”nda olacaq

 

45 yaşlı mütəxəssisə millimizlə yanaşı, Türkiyənin "Konyaspor" klubu da təklif göndərib. Ancaq o, Türkiyə təmsilçisinin təklifini rədd edib.

 

 

Qeyd edək ki, R.Prosineçki məşqçi karyerası ərzində Xorvatiya millisində, "Srvena Zvezda" və "Kayserispor" klublarında işləyib.

Xəbər xətti