Arif Daşdəmirov: "Qarabağ" hazırda Azərbaycanın ən yaxşısıdı"

16:15 - 1 Noyabr 2014

Müdafiəçi ilə müsahibə

 

"İnter"in müdafiəçisi Arif Daşdəmirovun azerisport.az saytına müsahibə verib.

 

Sportal.az sizə həmin müsahibəni təqdim edir:

 

 

- Sizi "Qarabağ"la oyunda qazandığınız bir xala görə təbrik etmək olar?

- Bilmirəm. Onu deyim ki, maraqlı və çətin oyun oldu. Yaxşı rəqiblə qarşılaşdıq. Hesabın oyuna görə olduğunu düşünürəm. Sonadək mübarizə getdi.

 

- Ağdamlıların çoxlu qol epizodu yarada bilməməsini nəzərə alsaq, deyə bilərik ki, siz rəqibi yaxşı analiz etmişdiz?
- Təkcə biz yox, "Qarabağ" da bu gün müdafiədə yaxşı oynadı. Biz onları analiz etmişdik, onlar bizi. Bu, normaldı. Həm də ilk dəfə deyildi ki, bu komanda ilə üz-üzə gəlirdik.

 

- "İnter"in müdafiədə çətinlik çəkdiyi hiss olunurdu...
- Düzünü deyim ki, bu komandaya qarşı oynamaq həmişə ağır olur. Çünki daim hücum edirlər.

 

- Demək olar ki, komandanız müdafiəyə daha çox diqqət yetirirdi?
- Xeyr. Biz həmişə qələbəyə oynayırıq. Sadəcə, "Qarabağ" kimi komandaya qarşı oynamaq bir qədər çətindi. Çünki onlar həm müdafiə olunmağı, həm də sürətli hücumlar təşkil etməyi yaxşı bacarırlar. Ona görə də onların qapısı qarşısında qol vəziyyəti yaratmaq asan deyildi.

- Qolsuz heç-heçə sizi qane etdi?
- Deməzdim ki, bu, bizim üçün yaxşı nəticədi. Amma "Qarabağ"ın lider olduğunu nəzərə alsaq, pis də sayılmamalıdı. Hesab edirəm ki, Ağdam klubu hazırda Azərbaycanın ən yaxşısıdı.

 

- Bu, "bankirlər"in ardıcıl dördüncü heç-heçəsidi. Qələbə qazana bilməməyinizin səbəbi nədi?
- Hər şey qaydasındadı. Sadəcə, bəxtimiz gətirmir. Yaxşı oynayırıq. Bəzən hücumları məntiqli sonluqla başa çatdıra bilmirik. Eybi yox. Üzərimizdə çalışıb, bütün problemləri aradan qaldırmağa çalışacağıq.

 

- Bəlkə bu, "İnter"də yaxşı hücumçu olmamasından xəbər verir?
- Mən belə deməzdim. Bizim həm meydanda, həm də ehtiyatda güclü hücumçularımız var. Sadəcə, qələbə qazanmağımız üçün azacıq bəxt çatışmır.

Xəbər xətti