"Araz Naxçıvan" qapısında 4 qol gördü
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, “Qarabağ” bu tur çərçivəsində “Araz Naxçıvan”ı qəbul edib və 4:0 hesablı qələbə qazanıb. Ağdam klubunun bombardiri Fuad Məmmədzadə bu oyunda da qol vurub və cari mövsüm vurduğu qollarının sayını 8-ə çatdırıb. Məmmədzadə (19 nömrəli futbolçu) bu görüşdə həmçinin 3 məhsuldar ötürməylə yadda qalıb.
“Qarabağ”ın 16 yaşlı istedadı Ruslan Hacıyev Naxçıvan təmçilsinə iki qol vurub. Digər qola isə Nurlan Əhmədov imza atıb.
Qeyd edək ki, ehtiyatda 1 oyunu olan “Qarabağ” lider “İnter”dən iki xal geri qalır.
saytlarin hazirlanmasi