Anar Bəkirovla davam
Bir müddət əvvəl mətbuatda xəbər çıxdı ki, Cahangir Hacıyev Anar Bəkirovu yola salmağa hazırlaşır. Artıq gənc prezidentin xələfinin adı da açıqlanmışdı – deyilənlər inansaq, “Simurq”un yeni şefi Aydın Rzayev olacaqdı. Neçə illərdi klubda vitse-prezident kimi çalışan, heç vaxt üzdə görmədiyimiz Aydın bəy heç də sıradan biri deyil. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin rəisi olmuş Rzayev 2007-ci ildə bu postu ilə vidalaşıb. O, Azərbaycan Beynəlxalq Bankının direktorunun əsas kadrlarından biri hesab olunur və bu üzdən “Simurq”da daha məsul posta gətirilməsi gözlənilməz sayılmayacaqdı.
Ancaq vəziyyət yenidən dəyişib. Bəkirovun xeyirinə. Hacıyev «İnter»in «kiçik qardaş»ının gənc prezidentini kreslosundan tərpətməyib. Sportal.az xəbər verir ki, Sportinfo.az-ın aldığı informasiyaya görə, baş bankir Anar bəyin fəaliyyətində ciddi nöqsanlar tapmayıb və dəyişiklikdən vaz keçib. Bu qərarı «İnter» cəbhəsində məyusluqla qarşılanıb. Prezident Georgi Nikolovla baş məşqçi Kaxaber Sxadadze patronun yekun sözündən pərişandılar. Cahangir Hacıyevin ətrafında futbol ictimaiyyətinin yaxından tanımadığı daha 2-3 nəfər var ki, Bəkirovun qələminin qırmasını arzulayırdı.
saytlarin hazirlanmasi