"Yaxşı mübarizə apardıq"
Azərbaycan Premyer Liqasının XI turunun açılış oyununda “Bakı” səfərdə “Qəbələ” ilə üz-üzə gəldi. Oyun 1-1 hesabı ilə başa çatdı.
Sportal.az xəbər verir ki, "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca qarşılaşma haqqında bunları söyləyib:
“Bu gün komandamız çox yaxşı mübarizə apardı. Səfərdə qazanılan 1 xal bizim üçün yaxşı nəticədir. Biz hazırlıq dönəmi keçirməmişik. Buna rəğmən, komandamız mübarizə apardı. Məğlub duruma düşsək belə, döyüşdük. Oyunu çirkinləşdirmədik. Yaxşı mübarizə apardıq və səfərdə xal qazandıq. Çətin dönəmdə oyunlara hazırlaşan futbolçularıma təşəkkür edirəm”.