Dorinel Munteanu: "Diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu"

18:10 - 2 Noyabr 2014

1 xal heç kimi razı sala bilməz

 

Azərbaycan Premyer Liqasının XI turunun açılış oyununda “Qəbələ” “Bakı” ilə üz-üzə gəldi. 1-1 hesabı ilə başa çatan oyundan sonra “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu düşüncələrini bölüşüb.


Sportal.az xəbər verir ki, "Qəbələ" klubunun baş məşqçisi Dorinel Munteanu qarşılaşma haqqında bunları deyib:


“Təəssüf ki, ev oyununda 3 xal qazana bilmədik. Nəticədə bir xalla kifayətləndik. Bu bizi qane etmir. Rəqib demək olar ki, bir real qol epizodu yaratdı. Bir dəqiqəlik diqqətsizlik qapımıza qol vurulmasına səbəb oldu. İkinci hissədə çox çalışsaq da, sonuncu zərbəni vura bilmədik. Qazanılan 1 xal isə, sözsüz ki, heç kimi razı sala bilməz”.

Xəbər xətti