Aqil Məmmədov: "Heç vaxt hücum futbolundan imtina etmədim"

18:30 - 2 Noyabr 2014

"İnter"ə qarşı oynamaq bizim üçün həmişə çətin olub"

 

Azərbaycan Premyer Liqasının XI turunda “Sumqayıt” doğma azarkeşləri önündə “İnter”lə üz-üzə gəldi. Oyunda qapılara qol vurulmadı.


Sportal.az xəbər verir ki, "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov qarşılaşma haqqında bunları deyib:


“İnter” bizim üçün çətin rəqiblərdən biridir. Bu komandaya qarşı oynamaq bizim üçün həmişə çox çətin olub. 5 oyundur ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".

Premyer Liqasının XI turunda “Sumqayıt” doğma azarkeşləri önündə “İnter”lə üz-üzə gəldi. Oyunda qapılara qol vurulmadı.

Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “İnter” bizim üçün çətin rəqiblərdən biridir. Bu komandaya qarşı oynamaq bizim üçün həmişə çox çətin olub. 5 oyundur ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq". - See more at: http://www.pfl.az/news/3676/#sthash.qFtFfzyZ.dpuf

Xəbər xətti