Arif Əsədov: "Oyuna ilk dəqiqələrdən yaxşı kökləndik"

20:12 - 2 Noyabr 2014

"Komanda öz oyununu tapmaqdadır"

 

Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” AZAL-ı 4-0 hesabı ilə məğlub etdi.


Sportal.az xəbər verir ki, "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov qarşılaşma haqqında bunları deyib:


“Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Oyuna ilk dəqiqələrdən yaxşı kökləndik. Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da tez əldə etmək üçün çalışmalıydıq. Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq, şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq. Gənc qapıçı Emil Balayevə güvənirik. O da etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində irəli getdikcə biz gənclərə daha çox şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı qoşuldu. Amma oyunun gedişində zədə aldı. Elşənin tez bir zamanda bərpa olunacağını düşünürəm”.

Xəbər xətti