"Görüləsi işlər çoxdur"
Azərbaycan Premyer Liqasının XI turu AZAL üçün uğursuz oldu. “Təyyarəçilər” səfərdə “Neftçi”yə 0-4 hesabı ilə uduzdular.
Sportal.az xəbər verir ki, AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında bunları deyib:
“Belə oyunlardan sonra danışmaq çətindir. Futbolçulardan belə sönük oyun gözləmirdim. Ola bilər ki, ot örütüyü, oyunlar arasında fasilənin az olması nəticəyə təsir etsin. Bu gün komandamı tanıya bilmədim. Komandam bu gün heç nə edə bilmədi. Bəlkə də futbolçular “Simurq”la oyunun son dəqiqələrində buraxılan qolun şokundan hələ ayılmayıblar. Bu oyun göstərdi ki, görüləsi işlər çoxdur. Bir komanda 3 ay ərzində formalaşmır. Yaxşı ki, fasilə var. Həmin fasilədən maksimum istifadə etməliyik. Məğlubiyyət üzücüdür. Bunun səbəblərini araşdıracağıq”.