"Danışmalı bir şey yoxdur"
Azərbaycan Premyer Liqasının debütantı “Araz Naxçıvan” XI turda “Qarabağ”ın qonağı oldu. Naxçıvan təmsilçisi bu oyunda son çempiona 0-4 hesabı ilə uduzdu.
Sportal.az xəbər verir ki, "Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev qarşılaşma haqqında bunları söyləyib:
“Danışmalı bir şey yoxdur. “Qarabağ” bütün hallarda bizdən güclüdür. Premyer Liqada qalmaq istəyiriksə, dəyişikliklər etməliyik. Bir neçə yeni oyunçu cəlb olunmalıdır”.