Baş məşqçidən heyətlə bağlı açıqlama
Millinin baş məşqçi vəzifəsini icra edən Mahmud Qurbanov “Bakı”nın futbolçusu, cari mövsüm Premyer Liqanın ən sərrast futbolçuların olan Nurlan Novruzovun sabah başlanacaq Norveçlə “Avro-2016”nın oyunu üçün təlim-məşq toplanışına cəlb olunmamasına münasibət bildirib.
Sportal.az sportpress.az-a istinadən xəbər verir ki, Mahmud Qurbanov öz açıqlamasında bildirib:
"Qarşıda bizi rəsmi oyun gözləyir. Nurlan Novruzov qol vurub, amma yalnız bir-iki oyunla futbolçu seçmək düzgün olmazdı. Onu yoxlamaq yaxşı olardı. Sadəcə, bizim vaxtımız azdır. Norveçlə oyun Avro-2016-nın seçmə mərhələsi çərçivəsindədir. Yoxlama görüşü olsaydı, Novruzovu yoxlamaq olardı. Təlim-məşq toplanışına hazırda yaxşı formada olanlar dəvət olunub."
saytlarin hazirlanmasi