Baş məşqçi sualları cavablandırıb
"Qarabağ yaxşı komandadır. indi onlar öz meydanlarında qələbə üçün oynayacaqlar. Lakin bizim də gedəsi yerimiz yoxdur. Məhz bu səbəbdən matçın gərgin keçəcəyini düşünürəm"
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Dnepr"in baş məşqçisi Miron Markeviç deyib. Bu gün "Dnepr" Bakıya gəlir. Səfər öncəsi isə baş məşqçi jurnalistlərin suallarını cavablandırıb:
Sizcə,qələbə qazanmağınızda hansı amil həlledici rol oynaya bilər?
- İlk öncə öz oyunumuzu nümayiş etdirməliyik. Təəssüf ki, Avropa Liqasında bizdən gözlənilən oyunu sərgiləyə bilmirik. Bu, əsasdır. Komandanın liderləri bacarıqlarını ortaya qoymalıdırlar.
- Ukrayna Premyer Liqasında Kiyev "Dinamo"suna məğlubiyyətdən sonra (0:3) komandada psixoloji vəziyyət necədir?
- Məlum məsələdir ki, futbolçular həmin məğlubiyyətə görə məyusdurlar. Ancaq bunu unudaraq, irəli baxmaq lazımdır. Həm Premyer Liqada, həm də Avropa Liqasında hələ heç nə itirilməyib. Sadəcə, meydanda ən yaxşı oyununu göstərmək lazımdır.
saytlarin hazirlanmasi