"Təəssüf ki, hələ o istədiyimiz Konoplyanka deyil"
“Kiyevdəki oyundan sonra demişdim ki, “Qarabağ” xoşuma gəlib. Yaxşı təşkil olunmuş komandadı. Biz bu gün sadəcə rəqibdən güclü olduq”.
Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 4-cü tur çərçivəsində “Qarabağ” üzərində 2:1 hesablı qələbədən sonra “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.
Təcrübəli mütəxəssis əvvəl stadiondakı ab-havadan danışıb: “Bakıda stadion dolu idi. Burada fərqli ab-hava vardı. Bizə Dnepropetrovsk və Lvovda oynamağa icazə verilmədi. Kiyevdə isə biz 3000 azarkeş qarşısında mübarizə aprırdıq. Bu, futbol deyil, sanki yoldaşlıq oyununa bənzəyirdi.
Bakıda komandam əsl futbol azarkeşi qarşısında oynadı. Çeberyaçkonu dayaq yarımmüdafiədə yoxlayırdım. Reynaldonu da o bağlamalı idi. Konoplyanka əvvəlki kimi çıxış edə bilmir. Qol vursa, bəlkə özünə gələr. Təəssüf ki, hələ o istədiyimiz Konoplyanka deyil. “Qarabağ” ilk növbədə avrokuboklarda təcrübə yığması lazımdır. “Qarabağ” belə oynasa, uğurlar özünü çox gözlətməyəcək”.
saytlarin hazirlanmasi