"Qarabağ" - "Dnepr" 1:2 VİDEO

01:00 - 7 Noyabr 2014

Ukrayna təmsilçisi evə 3 xalla döndü
 
Avropa Liqasında qrup mərhələsinin 4-cü turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ölkəmizi qitə miqyaslı yarışlarda təmsil edən “Qarabağ” doğma divarlar arasında Kiyevdə minimal (0:1) hesabla məğlub etdikləri “Dnepr”I qəbul edib.
 
Ukrayna təmsilçisi 15-ci dəqiqədə Nikola Kaliniçin qoluyla hesabda önə keçib. 36-cı dəqiqədə Leroy Corc hesabda tarazlıq yaradıb. Təəssüf ki, “Qarabağ” qələbə topunu vura bilməyib və əvəzində, qonaqlar qapıçımız İbrahim Şehiçi cəzalandırıb. Yenə xorvatiyalı hücumçu adını taploya yazdırıb. Beləliklə, “Dnepr”ə 2:1 hesabı ilə uduzan “Qarabağ” qrupda 2-ci məğlubiyyəti ilə üzləşib.
 
 
“Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna)  1:2
Qollar: Leroy Corc, 36 - Nikola Kaliniç, 15, 73

 

Xəbər xətti