Prezidentdən maraqlı açıqlama
“Milli komandaya baş məşqçi axtarışları davam edir”.
Sportal.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Assosiasiya rəhbəri bildirib ki, Berti Foqtsun istefasından sonra boş qalan baş məşqçi postuna yenə əcnəbi mütəxəssis gətiriləcək:
“Hələlik real namizəd yoxdu. İndi kimə salam verirsənsə, “Azərbaycan yığmasına baş məşqçi gedirəm” deyir. Axtarışlar davam edir. Foqtsa ümidlər böyük idi. Ancaq bizi pis vəziyyətdə qoydu. Düşünürəm ki, yeni baş məşqçi əcnəbi olacaq."
saytlarin hazirlanmasi