Rəşad Sadiqov: "Milliyə dəvət gözləyirdim" MÜSAHİBƏ

13:00 - 8 Noyabr 2014

Yarımmüdafiəçi ilə müsahibə

 

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına müsahibə verib.

 

Sportal.az sizə həmin müsahibəni təqdim edir:

 

- Yığmanın müvəqqəti baş məşqçisi təyin olunan Mahmud Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyuna əsasən yerli futbolçuları çağırdı. Amma siz həmin siyahıda da yer almadız...
- Etiraf edim ki, təklif gözləyirdim. Amma mənə təklig göndərmədilər. Bu barədə heç bir söz deyə bilmərəm.

 

- Bildiyimizə görə zədəniz yoxdu. Hər turda da meydana çıxırsız...
- Elədi. Hər halda niyə çağırılmadığımı Qurbanovdan soruşsaz, daha yaxşı olar.

 

- Berti Foqts da sizə ehtiyac duymurdu, Qurbanov da çağırmadı. Bəlkə siz artıq Azərbaycan yığmasındakı karyeranızı unutmalısız?
- Allah eləsin ki, məni yenə yığmada görəsiz. Mən hələ özüm millidəki karyerama nöqtə qoymamışam. Milli komandada oynamağı yenə istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm.

 

- Berti Foqtsun istefasını necə qarşıladız?
- Normal. Artıq vaxt idi. Yeni baş məşqçiyə gəlincə, onun kimliyini biz futbolçular müzakirə edə bilmərik.

 

- Sizcə, millimiz Qurbanovla Norveçə qarşı uğurlu çıxış edə biləcək?
- Bakıda norveçliləri asanlıqla məğlub edə bilərik.

 

- XL son turlarda nəticə verməyə başlayıb. Komandada atmosfer necədi?
- Hətta nəticələr pis olanda da klub rəhbərliyi komandadakı atmosferin yaxşı olması üçün hər şeyi etdi. Prinsipcə, bizim indi daha yaxşı nəticələr qazanmağa başlamağımızın da səbəbi budu. Amma hələ heç nəyə nail olmamışıq. Xal qazanmağa davam etmək lazımdı.

 

- "Araz Naxçıvan"a görə artıq 3 xalınızın silinəcəyi ilə barışmısız?
- Bundan "Neftçi" istisna olmaqla qalan klubların hamısı əziyyət çəkəcək. Təəssüf ki, oyunların da sayı azalacaq. Çünki Premyer Liqada Naxçıvanın yeganə təmsilçisi bu komanda idi.

Xəbər xətti