3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət
Uzun illərdir ki, klublarımızın qısa zamanda bir neçə oyun keçirmək iqtidarında olmadığı qabardılır və futbolumuzda çatışmayan cəhət kimi göstərilirdi. Sərgilədiyi oyunla milyonların könlünə yol tapan “Qarabağ” bu il həm də sərgilədiyi hazırlıqla diqqətləri üzərinə cəlb edir.
Həm Premyer Liqa, həm də Avroliqada mübarizə aparan “Qarabağ” 15 gündə 5 oyuna çıxmalı olub. Oktyabrın 23-də Avroliqada “Dnepr”lə qarşılaşan “Qarabağ” üç gündən sonra “Xəzər Lənkəran” qarşısına çıxıb. Daha üç gün keçib və Qurban Qurbanovun komandası “İnter”lə üz-üzə gəlib. Noyabrın 2-də “Araz Naxçıvan”la oynayan Ağdam klubu ayın 6-da Avroliqa çərçivəsində “Dnepr”i qəbul eləyib.
“Qarabağ” həmin 5 oyunun 3-də qələbə qazanıb, birində heç-heçə edib.
5 oyunluq seriyanın sonuncu matçında “Qarabağ” “Dnepr”ə məğlub olub. Lakin bu oyunun son dəqiqələrində də məğlubiyyətdən qurtulmaq üçün irəli atılmağa güc tapıb ki, bu da “Qarabağ”ın artıq qıs zamanda oyunlara çıxmaq bacarığna yiyələndiyini göstərib.
saytlarin hazirlanmasi