Ramin Musayev: "Araz Naxçıvan"ın çempionatdan imtinası ilə bağlı məndə rəsmi məlumat yoxdur"

11:30 - 9 Noyabr 2014

PFL prezidentindən açıqlama

 

Son günlərin gündəm mövzularından biri də "Araz Naxçıvan"ın Premyer Liqadan imtina etməsi ilə bağlıdır. Daha öncə də qeyd etdiyimiz kimi Naxçıvan klubu bu haqda məlumatı öz rəsmi saytında da bəyanat şəklində paylaşıb. 

 

Sportal.az "Futbol +"qəzetinə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən PFL prezidenti Ramin Musayev onlara heç bir məktub daxil olmadığını bildirib: 

 

"Nə məktub: Xeyr, bizə heç bir məktub daxil olmayıb. Ümumiyyətlə, "Araz Naxçıvan"ın çempionatdan imtinası ilə bağlı məndə heç bir rəsmi məlumat yoxdur. Mən də sizin kimi sadəcə, eşitmişəm".

Xəbər xətti