UEFA-dan "Qarabağ"a xəbərdarlıq

19:20 - 10 Noyabr 2014

"Asayiş keşikçilərinin nəzarəti UEFA-nı qane etməyib"

 

"Qarabağ" - "Dnepr" oyunu ilə bağlı UEFA Ağdam klubuna xəbərdarlıq edib.

 

Sportal.az xəbər verir ki, bəbəb kimi təhlükəsizlik məsələlərinin tam olaraq yerinə yetirilməməsi, press-lojada yaşanan nöqsanlar, bilet satışının düzgün təşkil olunmaması və azarkeşlərin stadiona girişi zamanı təhlükəsizliyin təmin edilməməsi göstərilib.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov UEFA-nın iki məqama görə xəbərdarlıq elədiyini deyib:

"Elə də ciddi məsələlərlə bağlı xəbərdarlıq almamışıq. İki məqama görə nöqsan tutdular. Birincisi, media-lojada jurnalistlərin yeyib-içməyi onların xoşuna gəlməyib. Həmin jurnalistlər hərəkətləriylə işləyən həmkarlarına problem yaradıblar. Digər məqam isə polislərlə bağlıdı. Asayiş keşikçilərinin nəzarəti UEFA-nı qane etməyib. Onlar polislərin zəif nəzarət etdiklərini bildiriblər. Başqa məsələlərlə bağlı problem olmayıb"

 

Mənbə: Komanda.az

Xəbər xətti