"Səfərdə uğursuzluğa düçar olmamaq üçün futbolçulara xəbərdarlıq etmişəm"
AÇ-2016-nın seçmə qrup mərhələsində noyabrın 16-da milli komandamızla üz-üzə gələcək Norveç yığması Bakıya məğlub durumda gəlir.
Sportal.az xəbər verir ki, Estoniya yığmasına minimal (1:0) hesabla məğlub olan skandinaviyalıların baş məşqçisi Matias Hoqmo yoxlama matçıyla bağlı fikirlərini bildirib:
“Estoniya ilə qarşılaşma bizim üçün vacib idi. Hər halda hansı mövqedə boşluqların olduğunu bildik. Müdafiədə sıxlıq yaradan komandaya qarşı oynamaq çətindir. Azərbaycan millisi müdafiədə etibarlı təsir bağışlayır və oyununu əks-hücumlar üzərində qurur. Ona görə də qarşıdakı oyuna hazır olmalıyıq. Bu cür komandalara qarşı ehtiyatlı olmalıyıq. Necə ki, bu gün ehtiyatsızlıq üzündən qapımızda qol gördük. Səfərdə uğursuzluğa düçar olmamaq üçün futbolçulara xəbərdarlıq etmişəm"
saytlarin hazirlanmasi