"Sumqayıt" azarkeşi "Qəbələ"nin futbolçusundan üzr istədi FOTOLAR

19:25 - 13 Noyabr 2014

"Ailəmdən aldığım tərbiyə mənə nəinki irqçiliyə heç təhqirə də yol vermir"

 

Noyabrın 12-də "Sumqayıt" və "Qəbələ" klubları arasında keçirilən yoxlama oyununda bir azarkeşin rəqib komandanın üzvü Ekiqo Ehiosuna qarşı xoşagəlməz ifadə səslənməsi barədə xəbər vermişdik.

 

Sportal.az xəbər verir ki, komanda həmin hadisəyə səbəb olan azyaşlı azarkeşi tapıb.

 

13 yaşlı Tural Rzayev adlı fanat onun səsləndirdiyi şüarın Ekiqo Ehiosun səhv başa düşdüyünü söyləyib. Azyaşlı azarkeş anlaşılmazlığa görə adıçəkilən futbolçuya üzürxahlıq məktubu ünvanlayaraq ondan üzr istəyib.

 

Məktubda deyilir: "Əziz Ekiqo. Mən uşaqlıqdan futbol azarkeşi olmuşam. Hər zaman komandama dəstək olmuşam. Sənin komandanın oyununu stadiondan izləmişəm. Sənə dediyim söz düzgün başa düşülməyib. Əgər dediyim söz xətrivə dəyibsə, səndən üzr istəyirəm. Ailəmdən aldığım tərbiyə mənə nəinki irqçiliyə heç təhqirə də yol vermir. Əgər müraciətimi qəbul edirsənsə növbəti "Sumqayıt" - "Qəbələ" oyununda səninlə şəkil çəkdirmək istəyimi qəbul edəsən".

 

 

Xəbər xətti