18 yaşlı futbolçudan açıqlama
Dünən yoldaşlıq görüşü çərçivəsində keçirilən "Bakı" - "Neftçi" (4:1) matçında "Bakı"nın heyətində 18 yaşlı yarımmüdafiəçi Ülvi Suleymanov debüt oyununu keçirib.
Sportal.az-a açıqlamasında debüt matçından danışan gənc futbolçu bunları qeyd edib:
"Debüt oyunum haqda onu deyə bilərəm ki, mənə bu şansı verən baş məşqçimiz İbrahim hocaya öz təşəkkürümü bildirirəm ki mənə güvəndi və əsas heyətdə yer verdi. Axır vaxtlar çox yaxşı formadaydım, məşqlərdə də hiss olunurdu. Özümə güvənirdim ki nə vaxtsa oynayacam. Nə yalan deyim çox həyəcanlıydım, səhv etməkdən qorxurdum. Amma şükürlər olsun Rəbbimə mənə kömək oldu və özümü yaxşı tərəfdən göstərə bildim. Nə çox pis, nə də əla oynadım Bu da həyəcandan irəli gəlirdi. Mənim hələ 18 yaşım var, gələcəyim qabaqdadı. Onu da qeyd etmək istəyirəm ki,mən ən birinci ailəm üçün oynayıram.Futbola hər oyundan öncə ailəmə görə çıxacam."
saytlarin hazirlanmasi