Fan-klub millimizə dəstək verəcək
Berti Foqtsun rəhbərliyi altında olarkən millinin oyunlarına getməyən "İmarət" fan-klubu Mahmud Qurbanovun müvəqqəti də olsa baş məşqçilik etməsina görə Norvəçlə oynanılacaq matça gedəcəklərini bildirdilər.
Sportal.az-a açıqlamasında "İmarət"in üzvü Səbuhi Camal bildirib ki, milliyə dəstək üçün stadionda olacağıq.
Qeyd edək ki. "İmarət"lə birlikdə Azərbaycanda kifayət qədər tanınan "UltrAslan" fan-klubu da ağ-qırmızı formada 16 noyabr Azərbaycan - Norveç matçında stadionda olacaqlar.
saytlarin hazirlanmasi