Rəsmi qərar açıqlandı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Araz Naxçıvan”ın çempionatdan çıxması ilə bağlı müraciətə baxılıb.
11 noyabr 2014-cü il tarixli 1/40 saylı məktubla “Araz Naxçıvan” klubu fəaliyyətini dayandırması və növbəti turdan etibarən Azərbaycan Premyer Liqasında çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
PFL bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edərək müvafiq qərarın çıxarılmasını bildirib. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
“Araz Naxçıvan” klubu 2014/2015 mövsümündə Azərbaycan Premyer Liqasından və ölkə kubokundan xaric edilsin. Klub oyunların 50% -dən azında iştirak etdiyinə görə bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil olunsun.
saytlarin hazirlanmasi