Türklər Emil Balayevi "Azəri Buffon" adlandırdı

03:30 - 19 Noyabr 2014

 "Roma" klubu gənc qapıçıyla maraqlanır
 
Türkiyə mıətbuatında "De Sanctisin yerine Azeri Buffon!" başlıqlı xəbərdə "Neftçi"nin qapıçısının "Roma"nın transfer siyahısına düşdüyü qeyd olunub.
 
Sportal.az xəbər verir ki, qardaş ölkənin mətbuatı gənc qapıçı Balayev "Azərbaycanın Buffonu" ləqəbi ilə tanıdığnı yazıb. 20 yaşlı qolkiperlə Avropanın öndə gedən klubları, xüsusən də "Roma" maraqlanır. "Roma"da bir müddət "Qalatasaray"da forma geyinən Morqan De Sanktisin karyerasını bitirməyə hazırlaşması bu transferə zəmin yaradıb. "Roma" rəsmiləri "İnter" matçı başda olmaq üzrə Emil Balayevi izləyə başlayıb. Klubla müqaviləsi dekabrda bitəcək gənc qapıçı üçün transfer haqqı ödənməyəcəyi onu bir çox klubun maraq dairəsinə salıb" deyə müəllif qeyd edir.

Xəbər xətti