Ukrayna Futbol Federasiyası UEFA-ya müraciət etdi
Ukrayna Futbol Federasiyası Avrokubok oyunlarının üç şəhərdə - Dnepropetrovsk, Xarkov və Zaporojedə keçirilməsınə razılıq verilməsiylə bağlı UEFA-ya məktub göndərib.
Sportal.az xəbər verir ki, Avropa qurumuna ünvanlanan məktubda federasiya rəhbərliyi adı keçən şəhərlərdə oyunların keçirilməsiylə bağlı problem olmayacağını təminat verib. Hələ ki, UEFA rəsmiləri məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Ukraynada daxili çəkişmələr və hərbi əməliyyatlarla əlaqədar olaraq UEFA müvəqqəti olaraq sözügedən şəhərlərdə oyunların keçirilməsinə qadağa qoyub.
saytlarin hazirlanmasi