"Oyunçularımdan razıyam"
Azərbaycan Premyer Liqasının XII turu “Bakı” üçün uğursuz alındı. Belə ki, “Bakı” öz meydançasında “Qarabağ”a 2-4 hesabı ilə uduzdu.
Sportal.az xəbər verir ki, "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca qarşılaşma haqqında bunları söyləyib:
“Oyunumuzdan razıyam. Futbolçularımı təbrik edirəm. Onlara öz təşəkkürümü bildirirəm. İndiyə qədər hakimlərə heç bir iradım olmayıb. Amma deməliyəm ki, "Qarabağ" kimi komandaya köməklik göstərmək düzgün deyil. Hakimlərə demək istəyirəm ki, gələcəkdə bir az diqqətli olsunlar."Qarabağ"a isə Avropa Liqasında uğurlar arzulayıram”.
saytlarin hazirlanmasi