Tərlan Əhmədov: "Sanki, stadion lənətlənib"

18:50 - 20 Noyabr 2014

"Xallar itiririk"

 

Azərbaycan Premyer Liqasının 12-ci turunda AZAL “Qəbələ”ni qəbul etdi. Oyun 3-3 hesabı ilə başa çatdı.

Sportal.az xəbər verir ki, AZAl klubunun baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında bunları deyib:

 

“Çox mübarizəli bir oyun oldu. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən imkan verməyək”. İki xal itirdiyimizə görə təəssüflənirəm. Sanki, stadion lənətlənib. 21 dekabr 2013-cü ildən bəri öz meydançamızda qələbə qazana bilmirik Üstün olduğumuz oyunların son dəqiqələrində qapımızda qol görüb, xallar itiririk. Hərdən məndə futbola qarşı antipatiya yaranır".

Xəbər xətti