"Rəqib standart vəziyyətlərdən yararlandı"
Azərbaycan Premyer Liqasının 12-ci turunda AZAL-ın qonağı olan “Qəbələ” 1 xal qazandı.
Sportal.az xəbər verir ki, "Qəbələ" klubunun baş məşqçisi Dorinel Munteanu qarşılaşma haqqında bunları söyləyib:
“Biz oyuna yaxşı hazırlaşmışdıq. Bu gün hər iki hissədə topa nəzarət edən tərəf biz idik. Düşünürəm ki, biz xalı rəqibə hədiyyə etdik. Rəqib standart vəziyyətlərdən yararlandı. Təəssüflənirəm ki, qələbə qazana bilmədik”.
saytlarin hazirlanmasi