Elnur Əşrəfoğlu: "Hakimlər "Neftçi"nin uduzmağını istəyirlər"

21:35 - 20 Noyabr 2014

"Fariz Yusifov "Simurq"un futbolçusu kimi meydanda vaxt uzadırdı"

 

Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilən "Simurq" - "Neftçi" oyunundan sonra (1:0) qalmaqal yaşanıb.
 

"Neftçi"nin prezident müşaviri Elnur Əşrəfoğlu ilə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov arasında insident baş verib.

Sportal.az a açıqlama verən Elnur Əşrəfoğlu günahın komitə sədrində olduğunu bildirdi:

 

"Xəqani Məmmədov ölkəmizdə ən böyük derbilərdən sayılan "Neftçi"- "Qarabağ" oyununa gəlmir, amma Bakıdan Zaqatalaya oyun izləməyə gedir. Bu az deyilmiş kimi həmin oyunda da stadionda əyləşib oyunun gedişinə müdaxilə edir və hakimlərə öz göstərişlərini verirdi. Oyundan sonra mənim üzümə güldü. Aramızda olan münaqaşəni də o başladı, sonra da mən cavabını verdim. "Neftçi" bu gün yaxşı oyun sərgiləyə bilmədi, amma təyin olunan penalti də düzgün deyildi. Sanki hakimlər "Neftçi"nin uduzmağını istəyirlər. Onlar bu günkü oyunda "Simurq"a uduzmağımız üçün şou düzəltmişdilər. Bu oyun əvvəlcədən planlaşdırılmışdı. Baş hakim Fariz Yusifov "Simurq"un futbolçusu kimi meydanda vaxt uzadırdı. Tam əminliklə deyə bilərəm ki, Hakimlər komitəsi işinin öhdəsindən layiqincə gələ bilmir. Hazırda bir sıra hakimlər Azərbaycan futbolunu aşağı salır. Onlar aldıqları maaşın qarşılığını verə bilmirlər. Xaqanı Məmmədov məsələsinə gəldikdə isə, nə demişəmsə, dediyim sözlərin arxasında dayanıram".

Xəbər xətti