Mövsümdə ilk dəfə

14:10 - 21 Noyabr 2014

XII turun matçı

 

Premyer Liqanın XII turunda keçirilən AZAL – “Qəbələ” qarşılaşması məhsuldar heç-heçə ilə başa çatıb – 3:3.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 3 və daha artıq qol vuran komandaların heç-heçə etməsinə isə cari mövsümdə ilk dəfə təsadüf olunub. Azərbaycan çempionatları tarixində 11-ci dəfədir ki, 6 və daha çox olun vurulduğu matç heç-heçə nəticələnir.

 

Belə ki, bunadək 10 dəfə belə hal yaşanmışdı. Mütləq rekord isə 1998/99 mövsümündə 12 qollu “Viləş” (Masallı) – “Turan” (Tovuz) qarşılaşmasına məxsusdur - 6:6. Bir dəfə 4:4, doqquz dəfə 3:3 hesabı yaşanıb.

 

Maraqlıdır ki, sonuncu belə hadisə də AZAL-ın iştirakı ilə baş tutub. 5 il öncə “Olimpik-Şüvəlan” adını daşıyan bakılılar “Turan”la ev oyununda 3 qol vurub, 1 xal qazanıb.

 

21.05.1995

Bakı fəhləsi (Maştağa) - İnşaatçı (Bakı)

3:3

01.06.1992

Kürmük (Qax) - Kəpəz (Gəncə)

4:4

26.02.1995

Xəzər (Sumqayıt) - Pambıqçı (Neftçala)

3:3

02.08.1995

Turan (Tovuz) - Kəpəz (Gəncə)

3:3

25.04.1999

Viləş (Masallı) - Turan (Tovuz)

6:6

14.05.2000

Turan (Tovuz) - Şəmkir

3:3

02.08.2003

Bakılı - Dinamo (Bakı)

3:3

28.04.2007

Karvan (Yevlax) - Gilan (Qəbələ)

3:3

20.04.2008

Bakı - Karvan (Yevlax)

3:3

27.09.2009

Olimpik-Şüvəlan (Bakı) - Turan (Tovuz)

3:3

20.11.2014

AZAL – Qəbələ

3:3

Xəbər xətti