Roberto Mançini veteran futbolçunu özünə köməkçi götürür
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”in yeni baş məşqçisi Roberto Mançini özünə yeni köməkçi tapıb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis “Barselona”nın sabiq müdafiəçisi Karles Puyolu köməkçi məşqçi olaraq dəvət edib. Lakin yayılan məlumata görə, Puyol “Barselona”da işlədiyi üçün və hazırda məşqçi lisenziyası olmadığından ona olunun təklifi qəbul etməyib.
Mançini isə qarşıdakı həftə arasında veteran futbolçuyla görüşdən sonra məsləyə aydınlıq gətirəcəyini bildirib. Əgər iki tərəfli razılıq əldə olunsa onda Karles Puyol kömıəkçi rolunda “İnter”in qrup mərhələsi çərçivəsində Bakıda “Qarabağ”la keçirəcəyi oyunda məşqçilər skamyasında yer alacaq.
saytlarin hazirlanmasi