"Bakı" asanlıqla iki qol vurdu"
"Bizim üçün çətin oyun oldu. Rəqib gənc futbolçulardan ibarət olsa da, meydanda əzimkar mübarizə apardı. Hesabda məğlub olarkən belə açıq futbola üstünlük verdilər. Qaldı ki, iki qol buraxmağımıza, futbolda hər şey ola bilər. Bəzən yaxşı oynayırsan, amma məğlub olursan. Bu oyunda asanlıqla iki qol buraxdıq. Deməli, qismət belə imiş".
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı" ilə oyundan sonra "Qarabağ"ın qapıçısı İbrahim Şehiç bildirib. O, qarşıdakı oyunlar haqda fikir bildirib:
"8 gündə 3 oyun oynayacağıq, inanmıram, bu bizdə yorğunluq yaratsın. Çünki biz peşəkar futbolçularıq və belə ağır qrafikə hazırıq. Avropa Liqasının qrup mərhələsində qarşılaşacağımız "Sent-Etyen"lə oyundan öncə Premyer Liqada daha bir matçımız var. "Sent-Etyen"dən ən azı bir xal almaq üçün mübarizə aparacağıq. Ancaq bizi Avroliqa oyunundan öncə AZAL-la qarşılaşma gözləyir. Bütün fikrimizi bu oyuna yönəltmişik".
saytlarin hazirlanmasi