"Necə çalışdıqlarını hakimlərin özündən soruşun"
"Bakı"nın yarımmüdafiəçisi Risto Ristoviçin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"a məğlubiyyəti necə şərh edə bilərdiz?
- Mənə elə gəlir ki, çox yaxşı oyun alındı. Çətin qarşılaşma oldu. Amma bunu gözləyirdik. Ölkənin ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. Yaxşı oynadıq. Sadəcə, xal qazana bilmədik.
- İlk yarıda rəqibə ciddi müqavimət göstərə bilsəz də, ikinci hissədə alınmadı...
- Bilirdik ki, "Qarabağ" sürətli oynayır. Bu üzdən də onlara qarşı oynamaq doğrudan da çox çətindi.
- Siz bu oyunda cərimə zərbəsindən qol vurdunuz...
- Düzdü, amma bu, bizə kömək etmədi. Səhvlərə yol verdik və uduzduq.
- Siz də hakimlikdən narazı qaldız?
- Heç nə deyə bilmərəm. Necə çalışdıqlarını hakimlərin özündən soruşun.
- "Qarabağ"lılar qələbəyə daha çox layiq olduqlarını düşünürlər...
- Xeyr, elə deyil. Maksimum - heç-heçə! "Qarabağ" həmişə gözəl futbol sərgiləyib. Amma bizimlə oyunda onlar qələbəyə layiq deyildilər.
- Yəni, hakimlik olmasaydı, komandanız xal qazanardı?
- Bəli, biz ən azı heç-heçə edə bilərdik.
- Keçmiş komanda yoldaşınız Aleksandr Şoliçin bu oyunu canlı izlədiyini bilirsiz?
- Bəli. O, bu oyunda bizə kömək edə bilərdi.
- Klubda vəziyyət düzəlməsə, "Bakı"nı tərk edəcəksiz?
- Bu barədə heç nə deyə bilmərəm. Əgər hər şey normal olsa, qalacam.