Pedaqoq yox, tərbiyəsiz Lippert: O, futbolçularını hansı sözlə təhqir etdi?

13:45 - 22 Noyabr 2014

Bu da alman intizamı

 

21 yaşlılardan ibarət millimiz son toplanış zamanı Maltada olarkən xoşagəlməz hal yaşanıb.

 

Sportal.az xəbər verir ki, gənclər komandamızın adının açıqlanmasını istəməyən üzvlərindən birinin verdiyi açıqlamaya görə, baş məşqçi Bernard Lippert ədəbsiz hərəkəti ilə onları təhqir edib.

 

Toplanış zamanı Lippertin qulağına söz çatıb ki, azərbaycanlı futbolçular gəlmələrin səviyyəsindən narazıdı. Baş məşqçi bu məsələni iclasda qaldırıb və bildirib ki, komanda daxilində belə söhbəətlərə yol verməyəcək. O, hətta sərt şəkildə deyib ki, "bu komandada mən istədiyim futbolçular oynayır və əcnəbilərdən narazı olanlar mənim ... yeyir".

 

Doğrusu, Lippertin oturmaq üçün lazım olan orqanını niyə “ümumi istifadəyə” verdiyini bilmirəm, ancaq gənclərə futbol öyrətməli olan şəxsin başqa şeyləri “tədris etməsi” təəssüf doğurur. Məşqçinin həm də pedaqoq olduğunu nəzərə alsaq, bu, ümumiyyətlə, bağışlanmazdı.

 

Xatırladaq ki, bu, Lippertin tərbiyəsizliyi ilə bağlı ilk belə hal deyil. Bir dəfə o, futbolçular məşq edən zaman təbii ehtiyaclarını qazonun kənarında yerinə yetirməklə də tərbiyəsini göstərmişdi.

 

Bu da bizə bəh-bəhlə pedaqoq kimi sırınan Lippert. Belə pedaqoqun yetişdirdiyi futbolçu necə olacaq?

 

Mənbə: REKORD,AZ

Xəbər xətti